- 14:44
Belçikanın müdafiə naziri Teo Franken ölkədə davam edən tələbə etirazları fonunda məcburi hərbi xidmətin yenidən tətbiq edilməli olduğunu bildirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir bu barədə sosial media hesabında paylaşım edib.
Onun fikrincə, gənclərin məktəblərə zərər vurması, müəllim və polislərə hücum etməsi məcburi xidmət məsələsini gündəmə gətirir. Nazirin sözlərinə görə, gənclər cəmiyyətin rifahı naminə çalışmağı öyrənməli, bu xidmət yalnız ordu ilə məhdudlaşmamalı, səhiyyə və təhsil kimi sahələri də əhatə etməlidir.
Nazir həmçinin "TikTok"un qadağan edilməli olduğunu deyib. O, platformanı Çin kəşfiyyatı ilə əlaqələndirib və onun gənclərə mənfi təsir göstərdiyini iddia edib.
Qeyd edək ki, Belçikanın bir sıra şəhərlərində təhsil şəraiti, hökumətin qənaət tədbirləri və təhsil sektorundakı islahatlara qarşı tələbə etirazları keçirilir. Etirazçılar siniflərdə şagird sayının azaldılmasını, müəllim çatışmazlığının aradan qaldırılmasını və təhsilin hamı üçün əlçatan olmasını tələb edirlər.
Şəbnəm Mehdizadə