Səudiyyə Ərəbistanının iki hava limanı hücuma məruz qalıb: yaralılar var


  • 14:10

Səudiyyə Ərəbistanının cənubundakı Nəcran və Cizan şəhərlərində yerləşən hava limanları hücuma məruz qalıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, hücumlar nəticəsində 3 nəfər yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Həmçinin hava limanlarının infrastrukturuna ziyan dəyib.

Hadisədən sonra təcili yardım qrupları və aidiyyəti qurumlar əraziyə cəlb olunub.

Qeyd edək ki, Yəməndəki husilər ötən gün Səudiyyə Ərəbistanının müxtəlif ərazilərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiklərini açıqlayıblar.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də hücumları pisləyərək bildirib ki, Səudiyyə Ərəbistanında hava limanları və neft emalı zavodları da daxil olmaqla infrastruktur obyektlərinin hədəfə alınması regional qeyri-sabitliyi artırır və qlobal enerji təhlükəsizliyi üçün risk yaradır.

Fon der Lyayen Aİ-nin Səudiyyə Ərəbistanı və Körfəz ölkələri ilə həmrəy olduğunu bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər