- 14:16
Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda məktəbdə bıçaqlı hücum baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Kayaşehir məhəlləsində yerləşən Şeyh Şamil İmam Hatip Orta Məktəbində səhər saat 08:35 radələrində qeydə alınıb.
Məlumata görə, əvvəllər həmin məktəbdə təhsil alan, hazırda Küçükçekmece Fahrettin Kerim Gökay Anadolu Liseyinin 10-cu sinif şagirdi olan F.M. məktəbə gələrək şagirdlərə bıçaqla hücum edib.
Hadisə nəticəsində 8 qız şagird xəsarət alıb. Yaralılar Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına çatdırılıb. İlkin məlumatlara görə, yaralılardan birinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta-ağırdır.
Hadisədən sonra məktəbə polis və təcili tibbi yardım briqadaları cəlb olunub, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Xəbəri eşidən şagirdlərin valideynləri də məktəbin qarşısına toplaşıb.
Hücumda şübhəli bilinən F.M. polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə