ABŞ-də otuz dollara alınan rəsm əsəri hərracda 1,35 milyon dollara satılıb


  • 14:16

ABŞ-nin Miçiqan ştatında cəmi 30 dollara alınan rəsm əsəri hərracda 1,35 milyon dollara satılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət 1951-ci ildə amerikalı sürrealist rəssam Gertruda Aberkrombi tərəfindən çəkilən "Alderman Merriam's Shells" adlı əsərdən gedir.

Təxminən 20x28 santimetr ölçüdə olan rəsm qaraja aparan dəhlizin qaranlıq küncündə qaldığından digər alıcıların diqqətindən yayınıb. Alıcı əsərin üzərindəki solğun "Abercrombie, '51" imzasını görərək onu 30 dollara əldə edib.

Daha sonra Aberkrombinin sərgisini ziyarət edən alıcı əsərin fotosunu sərgi kataloqunda görüb. Ekspertizadan sonra rəsm əsərinin müəllifliyi təsdiqlənərək hərraca çıxarılıb.

İlkin olaraq 150-250 min dollar dəyərində qiymətləndirilən əsər 1,35 milyon dollara satılıb və rəssamın əsərləri üzrə yeni hərrac rekorduna imza atıb.

Qeyd edək ki, Aberkrombinin "Message for Mercy" adlı əsəri daha əvvəl “Sotheby's” hərracında 1,02 milyon dollara satılmışdı.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər