Yaponiyada kiberhücum nəticəsində 2,6 milyon müştərinin məlumatları sızdırılıb


  • 14:06

Yaponiyanın "GMO Research & AI" və "Mr Max" şirkətləri serverlərinə edilən kiberhücumlar nəticəsində ümumilikdə 2,6 milyondan çox müştərinin şəxsi məlumatlarının sızdığını açıqlayıb.

E-huquq.az "Kyodo" xəbər agentliyinə istinadən xəbər verir ki, "GMO Research & AI" şirkətinin "infoQ" platformasının təxminən 948,5 min istifadəçisinin ad, elektron poçt və ev ünvanları, telefon nömrələri və şifrələri oğurlanıb. Bəzi istifadəçilərin mükafat balları icazəsiz şəkildə "Amazon" hədiyyə kartlarına da çevrilib.

"Mr Max" isə onlayn mağazasından istifadə edən təxminən 1,7 milyon müştərinin ad, elektron poçt ünvanı və telefon nömrələrinin sızdığını bildirib.

Hər iki şirkət kiberhücumları aşkarladıqdan sonra onlayn xidmətlərini dayandırıb və insidentlərlə bağlı araşdırmaya başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər