Girne sahillərində batan gəmidə daha bir cəsəd tapılıb


  • 13:50

Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşən daha 1 nəfərin meyiti tapılıb.

E-huquq.az xəbər verir ki, meyitin kimliyinin müəyyənləşdirilməsi üçün aidiyyəti qurumlar DNT analizi aparacaq

Bununla da hadisə nəticəsində ölənlərin sayı 22-yə çatıb. Daha 6 nəfərin axtarışı davam etdirilir.

Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Gəmidə olan 239 nəfər xilas olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər