- 11:41
Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda 18 qeyri-qanuni miqrant saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Özgök körfəzi ərazisində qeyri-qanuni miqrantların olduğu barədə məlumat daxil olduqdan sonra bölgəyə sahil mühafizəsi və jandarm qüvvələri cəlb edilib.
Ərazidə aşkarlanan 18 miqrant müvafiq prosedurlardan sonra miqrasiya idarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə