- 12:24
Türkiyədə FETÖ-nün hazırkı strukturuna qarşı keçirilən əməliyyat nəticəsində 21 şübhəli saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları təşkilatın fəaliyyətini davam etdirən üzvlərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar həyata keçirib.
Əməliyyat çərçivəsində FETÖ-nün hazırkı strukturunda fəaliyyət göstərdikləri ehtimal edilən, təşkilat üzvlərindən götürülmüş rəqəmsal materiallarda adları müəyyən edilən 21 şübhəli barəsində saxlanılma qərarı verilib.
İzmir mərkəz olmaqla 4 vilayətdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlara eyni vaxtda əməliyyat keçirilib. Nəticədə şübhəli şəxslər saxlanılıb.
Axtarışlar zamanı müxtəlif rəqəmsal daşıyıcılar və təşkilati sənədlər aşkarlanaraq müsadirə edilib.
Şəbnəm Mehdizadə