- 11:45
Türkiyənin İzmir vilayətinin Kemalpaşa rayonunda qida zəhərlənməsi şübhəsi ilə 80 işçi xəstəxanalara müraciət edib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, eyni şirkətin müxtəlif müəssisələrə çatdırdığı yeməkləri qəbul edən işçilərdə bir müddət sonra ürəkbulanma və qusma əlamətləri yaranıb.
İzmir və Manisa şəhərlərindəki xəstəxanalarda müalicə alan işçilərin həyati təhlükəsinin olmadığı bildirilir.
Hadisə ilə bağlı iaşə müəssisəsindən qida nümunələri götürülərək laborator müayinəyə göndərilib.
Faktla əlaqədar araşdırma başlanıb.
Şəbnəm Mehdizadə