Ər-Riyadda hücum xəbərdarlığından sonra partlayış səsləri eşidilib


  • 11:41

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda hücum xəbərdarlığından sonra partlayış səsləri eşidilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi “X”də yayılan açıqlamada erkən xəbərdarlıq sisteminin paytaxtın bütün ərazisində işə salındığını bildirib.

Qurum, həmçinin xəbərdarlıq zamanı vətəndaşların əməl etməli olduqları təhlükəsizlik qaydalarını əks etdirən məlumatlandırıcı mesaj yayıb.

Şahidlərin məlumatına görə, xəbərdarlıqdan sonra Ər-Riyadda 4 partlayış səsi eşidilib.

Mülki Müdafiə İdarəsi qısa müddət sonra yaydığı növbəti açıqlamada təhlükənin sovuşduğunu bildirib.

Bundan sonra mobil telefon istifadəçilərinə ikinci bildiriş göndərilib. Bildirişdə təhlükənin aradan qalxdığı qeyd olunub, sakinlərə mümkün zərbə nöqtələrindən uzaq durmaq və ətrafda rast gəldikləri naməlum əşyalara yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər