- 16:52
Türkiyənin Ədirnə vilayətinin Uzunköprü rayonunda qanunsuz yollarla xaricə keçməyə hazırlaşan FETÖ terror təşkilatının 4 şübhəlisi saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ədirnə Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları apardıqları araşdırmalar nəticəsində şübhəli avtomobili nəzarətə götürüblər.
Polisin “Dayan!” əmrinə tabe olmayan sürücü yol hərəkəti təhlükəsizliyini riskə ataraq hadisə yerindən qaçmağa çalışıb.
Bir müddət magistral yolda hərəkət edən avtomobil daha sonra əraziyə daxil olub. Lakin nəqliyyat vasitəsi palçığa bataraq hərəkətsiz qalıb.
Polis əməkdaşları avtomobilə müdaxilə edərək içərisində olan FETÖ ilə əlaqədə şübhəli bilinən 4 nəfəri saxlayıblar.
Şübhəli şəxslərdən 3-ü prokurorluqda ifadələri alındıqdan sonra həbs ediliblər.
Digər şübhəli isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Şəbnəm Mehdizadə