AQTA-nın 350 minlik tenderinin qalibi bu şirkət oldu


  • 16:57

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsi xidmətlərinin satın alınması məqsədilə keçirdiyi tenderin nəticələri məlum olub.

E-huquq.az-ın məlumatına görə, "BT Texno Servis" MMC tenderin qalib olub.

Göstərilən xidmət qarşılığında şirkətə 349.674,12 manat ödəniləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər