Nigeriyada hərbi təyyarə qəzaya uğradı, 6 nəfər öldü


  • 21 Fevral 2021 18:20

Nigeriya Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan kəşfiyyat təyyarəsinin göyərtəsində olan 2-i heyət üzvü olmaqla, 6 nəfər həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə Nigeriyanın “Nigerian Tribune” qəzeti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Nigeriyanın aviasiya naziri Xdi Sirika “Twitter” hesabında yazmışdı ki, “King Air 350” hərbi aviasiya təyyarəsi havaya qalxdıqdan az sonra mühərrikdə yaranan problem səbəbindən qəzaya uğrayıb və ölənlərin olduğu ehtimal edilir.

“Vanguard” qəzeti isə şahidlərə istinadən yazıb ki, pilot mühərrikində problem yaranan təyyarəni yaşayış məhəlləsindən kənarlaşdırmağa nail olub və təyyarə boş sahəyə düşərək tamamilə yanıb.

Oxşar xəbərlər