Yerevanın keçmiş meri Moskvadan qayıdarkən saxlanıldı


  • 18 May 2021 11:56

Yerevanda Ermənistanın sabiq nəqliyyat və rabitə naziri, Yerevanın keçmiş meri Qaqik Beqlaryan hava limanında saxlanılıb.

E-huquq.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidməti bildirib.

Sabiq nazir Moskvadan qayıdarkən saxlanılıb. Q.Beqlaryan 2020-ci ilin martında vəzifə səlahiyyətlərindən sui-istifadə və iri məbləğdə vəsait mənimsəmə ittihamları ilə axtarışa verilmişdi.

O, 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Ermənistandan getmişdi.

Oxşar xəbərlər