Saakaşvili məhkəməyə çıxarılıb - FOTO - YENİLƏNDİ


  • 29 Noyabr 2021 12:03

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin “7 noyabr” işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az xəbər verir ki, yerli vaxtla saat 11:00-da başlayan iclasa siyasətçilər, ictimai fəallar və media nümayəndələri buraxılmayıb.Müdafiə tərəfindən vəkillərlə yanaşı M. Saakaşvilinin anası Qiuli Alasanianın məhkəmə iclasında iştirakına icazə verilib.

M. Saakaşvilinin vəkillərinin iclasın yerli telekanallar vasitəsilə canlı yayımlanması tələbi qəbul edilməyib. Ümumilikdə 5 ayrı iş üzrə ittiham edilən sabiq Prezident M. Saakaşvilinin öz məhkəməsində iştirakına ilk dəfə icazə verilir.

***10:24

Bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək.

E-huquq.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, gürcü siyasətçinin məhkəmədə iştirakı gözlənilir.

“Formula” telekanalının məlumatına görə, Penitensiar Xidmətin maşını Saakaşvilinin olduğu hərbi hospitalın ərazisini tərk edib. Penitensiar Xidmət hələ ki, Saakaşvilinin məhkəməyə aparılıb-aparılmaması ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, bu gün keçirilən məhkəmə 2007-ci il noyabrın 7-si müxalifətin aksiyasının dağıdılması işi ilə bağlıdır. Bu, Saakaşvilinin oktyabrın 1-i həbsindən bu yana keçirilən 3-cü məhkəmə prosesidir. Gürcü siyasətçi bu proseslərin heç birində iştirak etməyib.

Oxşar xəbərlər