Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq


  • 11:47

Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib.

E-huquq.az-ın məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaitin məbləğinə uyğun müəyyən edilib.

Milli valyutada həyata keçirilən əməliyyatlara görə aşağıdakı xidmət haqları tətbiq ediləcək:

- 100 manatadək köçürmələr – 3 qəpik;

- 100,01–1000 manat – 10 qəpik;

- 1000,01–10 000 manat – 50 qəpik;

- 10 000,01–40 000 manat – 2 manat;

- 40 000 manatdan yuxarı – 4 manat.

Dollar və avro ilə kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə də xidmət haqları təsdiq edilib.

Belə ki, 100 vahidədək əməliyyatlarda 0,03,

1000 vahidədək əməliyyatlarda 0,10,

10 min vahidədək əməliyyatlarda 0,50,

40 min vahidədək əməliyyatlarda 2,

daha yüksək məbləğlər üzrə isə 4 dollar və ya avro xidmət haqqı nəzərdə tutulub.

Hökumət Ödəniş Portalı üzrə göndərilən ödəniş sərəncamlarının icrasına görə isə tarif dərəcəsi aşağıdakı kimi olacaq:

- 100 manatadək köçürmələrdə – 3 qəpik;

- 100,01–1000 manat – 10 qəpik;

- 1000,01–10 000 manat – 1 manat;

- 10 000,01–40 000 manat – 4 manat;

- 40 000 manatdan yuxarı – 8 manat tutulma olacaq.

Qeyd edək ki, Mərkəzi Bankın təsdiq etdiyi sənədə əsasən, kartdan köçürmə və karta köçürmə əməliyyatlarının emalı üzrə xidmət haqlarını ekvayer ödəyəcək, vəsait isə Mərkəzi Banka daxil olacaq.

Oxşar xəbərlər