ABŞ ordusu İranın Hörmüz boğazına nəzarət etdiyi barədə iddiasını rədd edib


  • 13:25

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hörmüz boğazına nəzarət etməsi və yaxınlaşan ABŞ hərbi gəmilərini batıracağı ilə bağlı bəyanatlarını təkzib edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə CENTCOM “X”də məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, ABŞ qüvvələri və regional tərəfdaşları Hörmüz boğazına açıq şəkildə nəzarət edir.

CENTCOM, həmçinin ABŞ qüvvələrinin Fars körfəzi regionundakı tərəfdaşlarına bazar ertəsi günü Hörmüz boğazı vasitəsilə 19 milyon barreldən çox xam neftin daşınmasında kömək etdiyini iddia edib.

Qeyd edək ki, dəniz təhlükəsizliyi və qlobal neft daşımaları baxımından strateji əhəmiyyətə malik Hörmüz boğazına nəzarətlə bağlı Vaşinqtonla Tehran arasında gərginlik son günlər artıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin rəsmisi ötən gün ABŞ hərbi gəmilərini Hörmüz boğazına yaxınlaşacaqları təqdirdə batırmaqla hədələyib. O, İran qüvvələrinin mümkün qarşıdurmaya hazırlaşdığını və bununla bağlı geri sayımın başladığını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər