- 12:53
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmayacağını bildirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Alyaska ştatının Vasilla şəhərində 3 noyabrda keçiriləcək Konqresə aralıq seçkilərlə bağlı mitinqdə çıxışı zamanı İranla artan gərginlikdən danışıb.
İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini bir daha vurğulayan ABŞ prezidenti, "İranla bağlı nə edəcəyimizi gözləyin və görün. Onlara günlərini göstərəcəyik", - ifadələrini işlədib.
Digər tərəfdən, Tramp Tayvanın qarşıdakı 20 il ərzində Alyaskada planlaşdırılan boru kəməri layihəsi çərçivəsində istehsal olunacaq mayeləşdirilmiş təbii qazın (LNG) 30 faizini almağa razılıq verdiyini açıqlayıb.
Mitinqdə iştirak edən ABŞ-nin ticarət naziri Hovard Latnik də Tayvanın Alyaskadakı boru kəmərinin inkişafı üçün 4,4 milyard dollar investisiya yatırmağı öhdəsinə götürdüyünü bildirib.
Şəbnəm Mehdizadə