- 19:41
Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana işgüzar səfərə gəlib.
E-huquq.az xəbər verir ki, türkiyəli qonağı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov qarşılayıb.
Hakan Fidan oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak edəcək.