- 12:37
Meksikada Simon qasırğası və Reyçel tropik fırtınasının səbəb olduğu güclü yağışlar və torpaq sürüşmələri nəticəsində 6 nəfər həyatını itirib, 5 nəfər itkin düşüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, birinci kateqoriyalı Simon qasırğası güclənərək Meksikanın Nayarit və Sinaloa ştatlarında intensiv yağışlara səbəb olub.
Meksikalı rəsmilər çaylarda suyun səviyyəsinin yüksəlməsi və daşqın təhlükəsi ilə əlaqədar hazırlıq vəziyyətinə keçiblər.
Simon qasırğası və Reyçel tropik fırtınasının təsir göstərdiyi Gerrero bölgəsində, eləcə də Aşağı Kaliforniya ştatının Ensenada şəhərində güclü yağışlar və torpaq sürüşmələri qeydə alınıb. Təbii fəlakətlər nəticəsində 6 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.
Ensenada şəhərindəki El Pipila dərəsinin yaxınlığında axtarış-xilasetmə işlərinə təxminən 300 hərbçi cəlb olunub.
Bölgədə baş verən daşqınlar nəqliyyat vasitələrinə və yaşayış evlərinə də ziyan vurub.
Şəbnəm Mehdizadə