- 13:25
Türkiyənin İstanbul şəhərində ötən axşam başlayan və fasilələrlə davam edən güclü yağış şəhərin həyatına mənfi təsir göstərib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir sıra ərazilərdə küçə və prospektləri su basıb, yeraltı keçidlərdə, yaşayış evlərində və iş yerlərində su yığılıb.
Yağışdan qorunmağa çalışan sakinlər binaların çıxıntıları altında sığınacaq tapmağa çalışıblar. İctimai nəqliyyat dayanacaqlarında sıxlıq yaranıb, şagirdlər də əlverişsiz hava şəraitindən əziyyət çəkiblər.
Hadisə nəticəsində maddi ziyan qeydə alınıb. Yeraltı keçidin su ilə dolması səbəbindən bir neçə avtomobil də keçiddə hərəkətsiz qalıb.
Ərazidə avtomobillər irəliləməkdə, piyadalar isə yolun qarşı tərəfinə keçməkdə çətinlik çəkiblər.
Şəbnəm Mehdizadə