İnterpol xətti ilə axtarışda olan şəxs İstanbulda saxlanıldı


  • 15:13

İnterpolun qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi xarici ölkə vətəndaşı Türkiyənin İstanbul şəhərində saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin əməkdaşları Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi ilə beynəlxalq axtarışda olan şübhəlilərin tutulması istiqamətində əməliyyat keçiriblər.

Araşdırmalar nəticəsində külli miqdarda kriptovalyuta dələduzluğu törətməkdə şübhəli bilinən və barəsində qırmızı bülletenlə axtarış elan olunan R.J.S.-nin Beşiktaş rayonunda olduğu müəyyən edilib. Polis əməkdaşları müəyyənləşdirilən ünvana əməliyyat təşkil ediblər.

Əməliyyat zamanı xarici ölkə vətəndaşları olan R.J.S. və onun həyat yoldaşı A.K. saxlanılıblar.

Ünvanda aparılan axtarışlar zamanı 600 min ABŞ dolları, 24 ədəd saat, 20 qızıl bilərzik, 7 qızıl boyunbağı, 2 600 avro və 50 min Türkiyə lirəsi aşkar edilərək götürülüb.

Bundan başqa, 3 tapança, 4 uzunlüləli tüfəng, 7 daraq, 1 360 patron, 2 dron, 12 mobil telefon, 8 kompüter korpusu, 6 noutbuk, 20 videokart, 14 SSD yaddaş qurğusu, 7 USB fləş yaddaş və 3 yaddaş kartı müsadirə edilib.

Saxlanılan şəxslər barələrində müvafiq prosessual tədbirlərin görülməsi üçün polis idarəsinə aparılıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər