İstanbulda binada yanğın oldu


  • 11:48

Türkiyənin İstanbul şəhərinin Arnavutköy rayonunda 5 mərtəbəli binanın sonuncu mərtəbəsində yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun qarşısı alınıb, güclü tüstü səbəbindən binada köməksiz vəziyyətdə qalan şəxslər təxliyə edilərək xilas olunublar.

Polis əməkdaşları hadisə yerində təhlükəsizlik tədbirləri görüblər.

Yanğın nəticəsində binanın dam örtüyünə ziyan dəyib.

Hadisənin səbəbinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər