Ukrayna və Moldova Aİ-yə üzvlüyə namizəd statusu alıb, Gürcüstana tövsiyə verilib


  • 23 İyun 2022 23:31

Avropa İttifaqı (Aİ) Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu təqdim edib.

E-huquq.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel tviter hesabında bildirib.

O, Ukrayna və Moldova prezidentləri - Volodimir Zelenski və Maria Sandunu qəbul olunan qərar münasibətilə təbrik edib.

Ş.Mişel qeyd edib ki, Gürcüstanın Avropa perspektivi tanınıb və ölkəyə Aİ-yə üzvlüyə namizəd statusu prioritetlərin yerinə yetirilməsindən sonra veriləcək: “Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan münasibətlərində tarixi məqam: Gürcüstanın gələcəyi Aİ daxilindədir”.

Oxşar xəbərlər