Ukrayna Silahlı Qüvvələri: "Hərbçilərin həyatını xilas etmək üçün Soledarı tərk etdik"


  • 25 Yanvar 2023 18:04

"Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Soledar şəhərini tərk edərək əvvəlcədən hazırlanmış xətlərdə möhkəmləniblər".

E-huquq.az "UNİAN"a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qoşun Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

O bu addımın Ukrayna hərbçilərinin həyatını xilas etmək üçün atıldığını bildirib.

"Şəxsi heyətin həyatını xilas etmək üçün Müdafiə Qüvvələri Soledardan geri çəkildi, hazırlanmış müdafiə xətlərində möhkəmləndi. Soledarın müdafiəçiləri düşmənin 3-5 dəfə üstünlüyünə baxmayaraq, öz mövqelərini möhkəm saxladılar", - Çerevatı qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər