- 9 Oktyabr 23:29
Türkiyənin Malatya şəhərinin Doğanşehir rayonunda 4,4 maqnitudalı zəlzələ olub.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.
Qurumun verilənlərinə əsasən, yeraltı təkanların episentri 7,31 km dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 17:43-də (Bakı vaxtı ilə 18:43-də) qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Xatırladaq ki, ötən il fevralın 6-da ocağı Kahramanmaraş şəhəri olan şiddətli zəlzələlər nəticəsində ağır zərər çəkmiş bölgələr arasında Malatya da olub. Son məlumata görə, təbii fəlakət sonucunda Malatyada 1 393 nəfər ölüb, 10 minə yaxın insan yaralanıb.