Bodrum sahillərində 33 qanunsuz miqrant saxlanılıb


  • 4 Mart 11:53

Türkiyənin Muğla şəhərində 33 qanunsuz miqrant xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bodrum sahillərində rezin qayıqda Yunanıstan tərəfindən geri qaytarılan bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizəsinə aid gəmi göndərilib.

Qayıqda olan 33 qanunsuz miqrant xilas edilərək sahilə çıxarılıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər