Xankəndi və Ağdərənin keçmiş qondarma “merləri” Ermənistanda tutuldu


  • 25 May 17:24

Qarabağ separatçıları Ermənistanda həbs olunub.

E-huquq.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Belə ki, Xankəndi və Ağdərənin keçmiş qondarma “merləri” David Sarkisyan və Mişa Qürdcan Ermənistanda tutulub.

Onlar korrupsiya əməlləri törətməkdə və nəqliyyat vasitələrini mənimsəməkdə təqsirləndirilirlər.

Qeyd edək ki, daha əvvəl Əsgəranın keçmiş “mer”i Ayk Şamiryan da eyni ittihamla saxlanılıb.

Oxşar xəbərlər