ABŞ-ın Florida ştatında fövqəladə vəziyyət elan edilib


  • 13 İyun 15:21

ABŞ-ın Florida ştatında daşqınlarla əlaqədar "fövqəladə vəziyyət" elan edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qubernator Ron De Santis məlumat verib.

O, bəzi bölgələrdə nəqliyyatın hərəkətində fasilələlər yarandığını bildirib.

Qubernator təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması üçün tədbirlər görüldüyünü bildirib.

Qeyd edək ki, Dünən Cənubi Florida ştatına yağan leysan yağışlar daşqınlara səbəb olub və bəzi bölgələrdə ciddi fəsadlar törədib.

Meteorologiya rəsmiləri Floridada leysan yağışların bir neçə gün davam edəcəyini qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər