- 9 Oktyabr 23:29
Sudanda leysan yağışlar və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 205-ə çatıb.
E-huquq.az xaric mətbuata istinadən xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yağış və daşqınlar zamanı 886 nəfər xəsarət alıb, 26 mindən çox ev tamamilə, 33 mindən çox ev isə qismən dağılıb.
Açıqlamada həmçinin, vəba epidemiyasından ölənlərin sayının 185-ə, yoluxma sayının isə 5 min 692-yə çatdığı qeyd olunub.
Qeyd edək ki, Sudanda iyul-oktyabr ayları arasında baş verən daşqınlar nəticəsində hər il 100-dən çox insan həyatını itirir, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.
Şəbnəm Mehdizadə