Bakıda Özbəkistan vətəndaşı qətlə yetirildi


  • 31 İyul 2021 11:06

İyulun 30-da, saat 19 radələrində Özbəkistan Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə e-huquq.az-a Binəqədi rayon Prokurorluğundan bildirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri, 1980-ci il təvəllüdlü Elçin Ələkbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nailə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elçin Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Oxşar xəbərlər