Mediasiya Şurası İdarə Heyətinin iclası keçirildi


  • 15 Yanvar 2022 19:30

Mediasiya Şurası İdarə Heyətinin iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda İdarə Heyətinin sədri Nadir Adilov, üzvləri Əli Nəbiyev Sima Yaqubova, Bakı şəhərində fəaliyyət göstərən mediasiya təşkilatlarının rəhbərləri - 3 saylı mediasiya təşkilatının rəhbəri Paşa Səfərov, 4 saylı mediasiya təşkilatının rəhbəri Cabbar Həsənov, 5 saylı mediasiya təşkilatının rəhbəri Taleh İbrahimov, həmçinin Şuranın işçi qrupunun üzvləri - Dilarə Əfrasiyabova, Bayram Həsənov, Elçin Həsənov iştirak ediblər.

İclasda mediasiya təşkilatlarına daxil olan müraciətlər ciddi müzakirə və təhlil olunub.

Görüş zamanı qərara alınıb ki, vətəndaş məmnunluğunun və mediasiya sahəsində xidmət keyfiyyətinin artırılması məqsədi ilə Sumqayıt şəhəri üzrə müraciətlər Bakı şəhərində fəaliyyət göstərən 6 mediasiya təşkilatı tərəfindən qeydiyyata alınsın.

Mediasiya Şurasının sədri Nadir Adilov bildirib ki, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müraciətlərin bölgüsü aparılmalıdır: "Eyni zamanda müzakirə nəticəsində vətəndaşlara təqdim edilən sənədlərin mötəbərliyi üçün mediasiya təşkilatları və fərdi fəaliyyət göstərən mediatorlar xüsusi nömrəli qaloqramlarla təmin edilsin.

İdarə Heyətinin üzvü Əli Nəbiyevin yaranan problemlərin həlli üzrə aidiyyatı dövlət orqanları və eyni zamanda biznes assosiasiyaları ilə görüşmək təklifi və vahid kargüzarlıq sisteminin qurulması üzrə fikirləri dəstəklənib.

Daha sonra Sima Yaqubova mediatorların və mediasiya təşkilatlarının işində intizam monitorinqlərinin aparılacağını və bununla bağlı İdarə Heyətinin mütəmadi məlumatlandıracağını diqqətə çatdırıb.

Oxşar xəbərlər