Azərbaycan və Gürcüstan mediatorları əməkdaşlıq edəcək


  • 8 May 2022 21:40

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Gürcüstan Respublikasına səfəri zamanı, həmkarı Gürcüstan mediatorlar Assosiasiyasının sədri İrakli Kandaşvili ilə görüşüb.

E-huquq.az xəbər verir ki, İrakli Kandaşvili Gürcüstan Respublikasında aparılan mediasiya islahatları və Gürcüstan mediatorlarının mövcud təcrübəsi və planlar barədə məlumat verib. Eləcə də İrakli Kandaşvili mediasiya sahəsində Azərbaycanla əlaqələrinin inkişafına önəm verdiyini, növbəti illərdə bu əməkdaşlığın müxtəlif beynəlxalq layihələrin icrası çərçivəsində genişləcəyini, birgə tərəfdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, uğurlu və şəffaf əməkdaşlıq regionda mediasiya yolu ilə həll edilə bilən birgə nəticələrə səbəb ola bilər.

Azərbaycan Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycanda mediasiya islahatlarının aparılmasında cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış "Mediasiya haqqında" Azərbaycan Respublikasının qanununun mühüm rolunu qeyd edib. N.Adilov, qanundan irəli gələn mediasiya islahatları üzrə öhdəliklərin icraasının təmin edilməsində Nazirlər Kabineti tərəfindın qəbul edilən qərarları barədə də məlumat verib.

N.Adilovun sözlərinə görə Azərbaycanda mediasiya islahatlarının uğurlu və mühüm nəticəvi hissələrindən biri də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında mediatorların ilkin mediasiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələri üzrə kurslarda iştirak edərək peşəkar mediator kimi formalaşmalarıdır. Onun sözlərinə görə Mediasiya Şurası müstəqil, şəffaf və cəmiyyətə açıqlıq prinsipi əsasında fəaliyyət göstərən qurum olmaqla bərabər, Şura dövlət orqanları ilə islahatların icrası üzrə çox sıx əməkdaşlıq edir. Bununla yanaşı Şura digər müstəqil təşkilatlar, xüsusən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə davamlı əməkdaşlıq etməklə Kollegiyanın dəstəyini alır.

Görüş zamanı hər iki tərəfdən razılıq əldə edilmişdir ki, hər iki ölkə arasında mediasiya praktikasının öyrənilməsi, təcrübə mübadiləsinin aparılması üzrə əməkdaşlığın genişlənməsində, hər iki dost ölkənin müxtəlif beynəlxalq layihələrin birgə icrasına böyük zərurət var.

Oxşar xəbərlər