Ailə mübahisələri ilə bağlı mediasiyaya edilən müraciətlərin sayı açıqlandı


  • 18 May 2022 12:47

"Cari ilin 5 ayında 11 005 ailə mübahisələrlə bağlı mediasiyaya müraciət edib".

E-huquq.az xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov "Azərbaycan ailə modelinin inkişaf strategiyası" adlı konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu müraciətin 395-i barışıq sazişi ilə nəticələnib.

“Mediasiya Şurasında qeydiyyatda olan 286 medaitordan 60-ı qadındır. Qadınlardan daha uğurlu medatorlar alınır. Ümumilikdə, 59 mediatora yol verdiyi nöqsanlara görə xəbərdarlıq edilib. 7 mediatorun fəaliyyəti isə 6 aylıq dayandırılıb”, - deyə o əlavə edib.

Oxşar xəbərlər