Mediator mübahisəni həll etməkdə tərəflərə necə kömək edir?


  • 24 İyun 2023 11:42

Mediator tərəflərlə birgə və ya təkbətək söhbət zamanı onların əsas maraqlarını və mövqelərini ortaya çıxarır, belə ki, əksər hallarda arzularımız səsləndirdiyimiz tələblərdən fərqlənir. Və bununla da mübahisənin həlli üçün həqiqətən əhəmiyyətli ehtiyacları işləyərək, prosesi elə formalaşdırır ki, tərəflər özləri üçün ən məqbul həll yolunu müəyyən edirlər.

Təzyiqlərin olmaması, neqativ perspektivlərin diktəsi tərəflərə mümkün qədər razılığa gəlməyə və müqavilə bağlamağa imkan verir. Beləliklə, fikir ayrılıqlarının əsl səbəblərini üzə çıxaran mediator bir tərəfin fikrini nəzərə alaraq, digər tərəfə davam edən münaqişəni anlamağa kömək edir, necə deyərlər, münaqişə xəritəsi formalaşdırır. Münaqişə xəritəsi formalaşdıqda, tərəflər, bir qayda olaraq, baş verənlər haqqında tam məlumat alırlar. Bu çox vacibdir, çünki çox vaxt insanlar rəqibin nöqteyi-nəzəri barədə heç bir təsəvvürə malik olmurlar. Bunun bir sıra səbəbləri var, birincisi, emosiyalar vəziyyəti rasional qiymətləndirməyə imkan vermir. İkincisi, bir çox tərəflər qürur hissindən, mövcud problemi müzakirə etmək üçün bir araya gələ bilmədiklərini qeyd edirlər. Üçüncüsü, müxtəlif obyektiv hallar söhbətin düzgün qurulmasını çətinləşdirir.

Lakin mübahisənin həllində mediasiya yanaşması münaqişə tərəflərinin neytral ərazidə görüşməsinə şərait yaradır. Mediator prosesi elə təşkil edir ki, tərəflərin özləri vəziyyətin həllinin zəruriliyini anlamağa başlayırlar. Mediasiya vasitələrinin - sualların köməyi ilə mediator emosionallığı və digər maneə törədən hissləri azaltmağa kömək edir. Üstəlik, üçüncü tərəfin, yəni mediatorun iştirakı ilə tərəflər mübahisənin həlli danışıqlarında daha fəal olurlar.

İlhamə Həsənova

Mediatorların Etika Komitəsinin sədri

Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri, mediasiya üzrə milli təlimçi

Bakı 2 saylı mediasiya təşkilatı

Ünvan: Bakı şəhəri, Xan Şuşinski 158, Ev 72 F(Şam restoranının yanı)

VÖEN: 1505725041

E-mail adresi: mediasiya02@gmail.com

Əlaqə telefonları: 994124496208; +994124499111; +994705114990; +994506114990

Oxşar xəbərlər