Bakı Apelyasiya Məhkəməsinin sədri Ali Məhkəməyə hakim təyin oluna bilər - EKSKLÜZİV


  • 17 May 2021 10:47

Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev vəzifəsindən azad olunaraq, Ali Məhkəməyə hakim təyin oluna bilər.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə Məhkəmə-Hüquq Şurası tərəfindən təklif irəli sürülüb.

Onun yerinə Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun təyin olunması gözlənilir.

Xatırladaq ki, e-huquq.az bir müddət öncə bəzi məhkəmə sədrləri və hakimlərin yerinin dəyişdiriləcəyi haqqında məlumat yaymışdı. Daha sonra Məhkəmə-Hüquq Şurası apelyasiya məhkəmələrinin rəhbərliyində dəyişikliklər aparılacağını açıqlamışdı.

Xəyalə Bünyatova

Oxşar xəbərlər