Azərbaycanda bəzi məhkəmə sədrləri və hakimlərin yeri dəyişdirilir - EKSKLÜZİV


  • 7 May 2021 10:30

Azərbaycanın birinci və ikinci instansiya məhkəmələrində fəaliyyət göstərən bəzi hakimlərin yeri dəyişdirilir.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, məhkəmə hakimiyyətində aşağıdakı yerdəyişmələrin olacağı gözlənilir.

Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov Bakı Apelyasiya Məhkəməsinə;

Gəncə Apelyasiya Məhkəməsinin hakimi Nuru Quliyev Şəki Apelyasiya Məhkəməsinə;

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev Sumqayıt Apelyasiya Məhkəməsinə;

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri Vəli Abdullayev Şirvan Apelyasiya Məhkəməsinə;

Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Rəşad Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə;

Şəki Apelyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynov Gəncə Apelyasiya Məhkəməsinə;

Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Nazim Mövsümov Ali Məhkəməyə;

Bakı İnzibati Məhkəməsinin hakimi İlkin Rəcəbov Ali Məhkəməyə təyin olunacaq.

Xəyalə Bünyatova

Oxşar xəbərlər