Azərbaycanda hakimlərə verilən müavinətlər ləğv edilir


  • 21 İyun 12:40

Azərbaycanda hakimlərə verilən müavinətlər ləğv edilir.

E-huquq.az xəbər verir ki, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişiklik edilir.

Belə ki, Qanunun 107-ci (Hakimlərin məzuniyyət müddəti və haqqı) maddəsinə təklif edilən dəyişikliyə əsasən, hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı ilə yanaşı verilən iki aylıq əmək haqqı məbləğində müavinət ləğv edilir.

Bundan başqa, Qanunun 109-cu (Hakimlərin sosial müdafiəsi) maddəsinə edilən dəyişikliklə hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı da ləğv edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirə edilərək baxılması üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.

Xəyalə Bünyatova

Oxşar xəbərlər