"Rəqəmsallaşdırılmış ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilir


  • 27 İyun 2022 20:10

Maltanın paytaxtı Valetta şəhərində Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) təsis edilməsinin 20 illiyinə həsr edilmiş "Rəqəmsallaşdırılmış ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilir.

E-huquq.az xəbər verir ki, konfransda ölkəmizi CEPEJ prezidenti Ramin Qaraqurbanlı, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova və “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin rəhbəri Səadət Bənənyarlı təmsil edirlər.

Tədbirin ilk günü Avropa məkanında elektron məhkəmə sisteminin tətbiqi üzrə yeni çağırışlar, ədalət mühakiməsinin həyata keçirilməsində süni intellektin tətbiqi imkanları, mövcud problemlər və onların həlli üsulları barədə geniş fikir mübadiləsi aparılıb.

Konfransda nümayəndə heyətinin üzvləri tərəfindən çıxışlar edilərək, iştirakçılara Azərbaycanda həyata keçirilən son məhkəmə-hüquq islahatları, habelə elektron məhkəmə sisteminin inkişafı istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilib.

Oxşar xəbərlər