Xətai Rayon Məhkəməsi məlumat yaydı


  • 19 Avqust 2022 16:38

2022-ci ilin birinci yarımilliyində Xətai Rayon Məhkəməsinə 3919 mülki mübahisələrə dair iddia ərizəsi daxil olub.

E-huquq.az xəbər verir ki, bu barədə məhkəmənin yaydığı hesabatda bildirilir.

Məlumata görə, 2022-ci ilin birinci yarımilliyində qurtarmayan işlərin qalığı ilə birlikdə icraatda 5165 iş olub.

İddia ərizələrindən 3802-i, yaxud 73,6% baxılıb qurtarıb. Qurtarmış işlərdən 3036-i, yəni 79,8% üzrə qətnamə çıxarılıb, 53 iş (1,7%) xitam edilib. 295 iş, yəni 9,7% üzrə onların baxılmamış qalmaları barədə qərardad çıxarılıb. 390 iş (12,8%) geri qaytarılıb. Aidiyyəti üzrə başqa məhkəmələrə 28 iş göndərilib.

2022-ci ilin birinci yarımilliyində məhkəmənin çıxardığı qətnamələrdən 301-i, yaxud qətnamə çıxarılmış işlərin 9.9%-i üzrə, həmçinin 70 qərardaddan apellyasiya şikayəti verilib. Qətnamələrdən verilmiş şikayətlərin (ötən illərdə çıxarılmış qətnamələrlə birlikdə) 344-nə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılıb, onlardan 218-i, yəni 63.4% dəyişdirilmədən saxlanılıb, 111-i, yəni 32.2% ləğv edilib, 15-i, yəni 4.4% dəyişdirilib. Qərardadlardan verilmiş şikayətlərin 55-nə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılıb, onlardan 33-ü, yəni 60% dəyişdirilmədən saxlanılıb, 22-i, yəni 40% ləğv edilib.

2022-ci ilin birinci yarımilliyində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 281 cinayət xarakterli iş, o cümlədən 225 cinayət işi, 47 məhkəməyədək sadələşdirilmiş icraat materialı və 9 xüsusi ittiham qaydasında şikayət daxil olub. Ümumilikdə, hesabat dövrünün əvvəlinə qurtarmayan işlərin qalığı ilə birlikdə icraatda 339 iş olub. İcraatda olan işlərin 239-u, yəni 70,5% yekunlaşıb.

2022-ci ilin birinci yarımilliyində cinayət işləri üzrə məhkəmənin çıxardığı hökmlərdən 42-i, yaxud hökm çıxarılmış işlərin 23%-i üzrə apelyasiya şikayəti və protesti verilib. Bakı Apellyasiya Məhkəməsi tərəfindən şikayət və protestlərdən (ötən illərdə çıxarılmışlarla birlikdə) 28 şəxs barəsində baxılıb, onlardan 18-i, yəni 64.3% (olub 71,1%) dəyişdirilmədən saxlanılıb, 8-i, yəni 28.6% (olub 26,9%) dəyişdirilib , 2-i, yəni 7.1% (olub 2%) ləğv edilib.

Oxşar xəbərlər