- 8 Dekabr 18:09
Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb.
E-huquq.az xəbər verir ki, sabiq nazir bu dəqiqələrdə cəzaçəkmə müəssisəsindən azad olunub.
***
17.53
Ali Məhkəmə tərəfindən keçmiş MTN generalı Vəli Ələsgərovun azadlığa buraxılmasına dair qərar icra olunmur.
Bu barədə e-huquq.az-a onun vəkili Vüqar Xasayev məlumat verib.
Onun sözlərinə görə, Naxçıvan qarışıq rejimli cəzaçəkmə müəssisəsində saxlanılan Vəli Ələsgərovun buraxılması üçün göstəriş verilmir: "Buna səbəb kimi həbsxananın rəisi bizə bildirdi ki, müvafiq göstəriş Penitensiar Xidmətdən gəlməlidir. Hazırda Naxçıvandayam, gözləyirik".
Xatırladaq ki, ötən gün Ali Məhkəmə V.Ələsgərovun cəzasının 6 il 6 ay 20 günə endirilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan həbsdən azad edilməsi barədə qərar verib.