Şəhid qardaşının ölümündə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 29 Mart 2023 15:36

Tovuzda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Asim Hacımahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilib.

Hakim Qafil Baxşıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Hadisə ötən ilin dekabrında baş verib. Belə ki, 1967-ci il təvəllüdlü A.Hacımahmudovun idarə etdiyi “Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub. Bu zaman avtomobil bazar ərazisində olan piyadalar: Aslanov Ramiz Bayram oğlu, Əliyeva Göyçək Qələndər qızı, Alıyev Ramil Həsən oğlu, Orucov Asəf Natiq oğlu və Əliyev Hümmət Ülfət oğlunu vurub. Maşının altında qalan şəxslər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onlardan 2001-ci il təvəllüdlü Hümmət Əliyevin həyatını xilas etmək mümkün olmayıb. A.Hacımahmudova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, qəzada həlak olan H.Əliyev Vətən müharibəsi şəhidi Əmrah Əliyevin qardaşıdır.

Eltac Nurullazadə

Oxşar xəbərlər