- 8 Dekabr 18:09
Göygöldə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Dürdanə Əliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Mikayıl Məmmədzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Dürdanə Əliyeva aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 1988-ci il təvəllüdlü Elçin Süleymanova bıçaq xəsarəti yetirməkdə təqsirləndirilir.Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə