- 8 May 21:45
Bakıda bibisi oğlunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Yalçın Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Mahirə Kərimovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 5-nə təyin olunub.
Qeyd edək ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb. Belə ki, 1971-ci il təvəllüdlü Hacıyev Yalçın Yaşar oğlu bibisi oğlu 1966-cı il təvəllüdlü Yaqubov Elşən Kamil oğlunu bıçaqlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə