- 18:09
Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Allahverdi İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Faiq Qəniyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Bakının Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Müzəffərov Mirzaman Şahin oğlu küçədə olan zaman A.İbrahimov ona 4 bıçaq zərbəsi vurub. M.Müzəffərov xəstəxanaya yerləşdirilib. A.İbrahimova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə