- 8 May 20:08
Türkiyədə son 6 ayda 191 mütəşəkkil cinayətkar qrup məhv edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin mütəşəkkil cinayətkar qruplara qarşı keçirdiyi 593 əməliyyat nəticəsində 4 min 303 nəfər saxlanılıb. Onlardan 1 304-ü həbs edilib, 876 nəfər isə məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.
Əməliyyatlar çərçivəsində 4-ü beynəlxalq, 25-i milli, 24-ü regional və 138-i yerli olmaqla, 191 cinayətkar qrup məhv edilib.
Narkotiklərlə mübarizə çərçivəsində isə son 6 ayda 132 min 537 əməliyyat keçirilib.15 min 280 nəfər həbs edilib. 6 min 143 nəfər barəsində məhkəmə nəzarəti təyin edilib.
Şəbnəm Mehdizadə