Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün istintaq başa çatıb


  • 26 Fevral 18:12

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramil Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası martın 11-nə təyin olunub.

Qeyd edək ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun, Şəmkir rayonu Çənlibel kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Quliyev Ramil Natiq oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olan zaman idarə etməni itirərək avtomobili aşırıb. Nəticədə həmin avtomobildə sərnişin olan 2007-ci il təvəllüdlü İbrahimov Elmir Ayaz oğlu hadisə yerində ölüb. R.Quliyevə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər