"Maymed Medical" cərimələnə bilər


  • 11 İyun 15:54

"Maymed Medical" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, MMC üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər