- 15 Fevral 10:44
"Qrand-Taksi" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Protokol hakim Azər Tağıyevin sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, şirkət min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin baxış iclası avqustun 18-də keçiriləcək.
Şəbnəm Mehdizadə