"Dokta" barəsində inzibati protokol tərtib olundu


  • 14 Avqust 16:29

"Dokta" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barədə İnzibati Xətalar Məcəlləsinin 452.4-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərtib olunub.

İşə Abşeron Rayon Məhkəməsində hakim Şəfəq Məmmədovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Dokta" beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər